Fransa millisinin qapıçısı Premyer Liqa komandasında?

18:20 İngiltərə 109
Fransa millisinin qapıçısı Premyer Liqa komandasında?

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Milan News 24”-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin xidmətində “Çelsi” maraqlıdır.

Bildirilir ki, londonlular yay transfer dönəmində mümkün keçidlə bağlı futbolçunun agentləri ilə danışıqlar aparır.

Menyan 2021-ci ilin yayından “Milan”ın formasını geyinir. Onun “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir.

“Transfermarkt” portalı fransalı qapıçının dəyərini 20 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti