"Neftçi"də narahatlıq - Vernidub istədiyi transferləri edə bilmr

14:00 Neftçi 1 356
"Neftçi"də narahatlıq - Vernidub istədiyi transferləri edə bilmr

Konfrans Liqasında mübapizə aparacaq "Neftçi" hələlik 4 oyunçu ilə güclənib.

Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) komandanın sıralarına qoşulub.

"Ağ-qaralar"ı 2 illik aradan sonra Avropa səhnəsinə qaytarmış Yuri Vernidub transfer bazarlığının gedişindən razıdırmı?

Bizdə olan son məlumata görə, yox. Baş məşqçinin düşərgədə görmək istədiyi legionerlərin bir çoxunu Azərbaycana gətirmək mümkün olmayıb.

Belə deyək, adları «A list»ində yer alan əcnəbilərin mütləq əksəriyyəti karyerasını ölkəmizdə davam etdirmək çağırışına etinasız yanaşıb.

Ukraynalı çalışdırıcı bu haldan məyusdur və rəhbərliklə görüşündə öz fikrini bölüşüb.

Vernidub bildirib ki, ehtiyat variantlar üzərindən iş görmək o qədər də xoşuna gəlmir, amma reallıqla barışmaq məcburiyyətindədir.

Çünki xidmətinə maraq göstərdiyi oyunçular daha yüksək əməkhaqqı təklif edən ərəb və Asiya ölkələrinə üz tuturlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti