Premyer Liqadan gələn Niderland yığmasının forvardı "Beşiktaş"da

5 İyul 2022 23:20 Türkiyə 600
Premyer Liqadan gələn Niderland yığmasının forvardı "Beşiktaş"da

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Börnli"dən Vaut Veqorstu transfer edib.

Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

30 yaşlı hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirəcək. Super Liqa klubu Niderland millisinin üzvünə 1 il üçün 2.800.000 avro maaş ödəyəcək.

Vaut Verqorst "Börnli"yə yanvar ayında "Volfsburq"dan transfer olunub. O, Premyer Liqa klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu