Azərbaycan 4 medal qazandı - Avropa Açıq Turnirində

29 İyun 03:30 Cüdo 755
Azərbaycan 4 medal qazandı - Avropa Açıq Turnirində

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

Sportinfo.az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.

Cüdoçu gümüş mükafata sahib çıxıb.

İlk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.

Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pillələri bölüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!