“Barselona”nın transfer siyahısındadır - “Yuventus”un hücumçusu

29 İyun 01:30 İngiltərə 1 188
“Barselona”nın transfer siyahısındadır - “Yuventus”un hücumçusu

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Barselona”nın transfer siyahısındadır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu Ferran Torres bu yay komandadan ayrılacağı təqdirdə, onu Vlahoviçlə əvəz etməyi planlaşdırır.

Serbiyalı “Barselona”dan 15 milyon avro imza bonusu və illik təxminən 8 milyon avro maaş tələb edib.

Vlahoviçin “Yuventus”la hazırkı müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. O, 2025/26 mövsümündə Turin klubunun heyətində keçirdiyi 23 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti