Slovakiya yığmasının hücumçusu “Neftçi” yolunda

26 İyun 00:40 Neftçi 1 314
Slovakiya yığmasının hücumçusu “Neftçi” yolunda

"Neftçi" növbəti transferə hazırlaşır.

sportal.az-a verilən məlumata görə, “ağ-qaralar” Slovakiya millisinin hücumçusu Lubomir Tupta ilə anlaşıb.

Yunanıstanın AEL klubunda oynayan 28 yaşlı forvardın yaxın günlərdə Azərbaycana gələrək, rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

Onun Larissa təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Tupta “Visla”(Krakov)”, “Verona”, “Askoli”, “Sion”, “Slovan”(Liberets), “Peskara” vəı “Vidzev Lodz” kimi klublarda oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM