"Neftçi"də Freddi Varqasla bağlı müəmma başa çatıb.
"Ağ qaralar"ın yarımmüdafiəçini heyətində saxlamaq cəhdləri bəhrə verməyib.
Onun məxsus olduğu "Makkabi" ilə danışıqlar müsbət nəticələnməyib.
Artıq tərəflər arasında danışıqlar bitib.
Bununla sa "10 nömrə"nin yeni mövsümdə Bakı təmsilçisində olmayacağı qətiləşib.
Venesuelalı legioner ötən yay icarə əsasında "Neftçi"yə qoşulmuşdu.
27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.
Yuri Vernidub israrla onun qalmasını istəyirdi.
Amma israillilərin Varqas üçün təxminən 2 milyon manat təzminat tələb etməsi keçidi mümkünsüz hala gətirib.
XANOĞLAN / SPORTİNFO.AZ

