Bilindiyi kimi, “Neftçi” baş məşqçi Yuri Vernidubla yeni müqavilə bağlayıb.
Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.
Bu, Vernidubun qarşısına qoyulan məqsədi yerinə yetirməsi sayəsində gerçəkləşib. Ötən ilin dekabrında görəvə gələn çalışdırıcı komandanın iki illik avrokubok həsrətinə son qoyub.
Konfrans Liqasına vəsiqə qazandığı üçün onunla danışıqlar elə də çətin keçməyib. Vaxtilə «Şerif»lə Çempionlar Liqasında mübarizə aparmış baş məşqçi maliyyə şərtlərində iki ayağını bir başmağa dirəməyib.
O, buna qədər hər ay 25 min dollar maaş alırdı.
İndən sonrakı mərhələdə də məvacibi bir elə artırılmayıb. Burada söhbət artıq 3000-5000 dollardan gedir, çox yox.
SPORTİNFO.AZ

