"Qarabağ"a gələn hücumçu: "Avrokuboklar üçün hər şey edəcəyik"

00:50 Qarabağ 190
"Qarabağ"a gələn hücumçu: "Avrokuboklar üçün hər şey edəcəyik"

"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "VSG Tirol"la keçirilən matçda rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi Zakaria Savo matçda het-trik müəllifi olub.

Qabonlu hücumçu klubun mətbuat xidmətinə oyun barədə fikirlərini bölüşüb.

- Özümü yaxşı hiss edirəm. Yaxşı oyun oynadığımızı düşünürəm. Bir qədər yavaş başladıq. Amma ikinci hissədə yaxşı oynadıq. Vurduğum qollar üçün çox xoşbəxtəm.

- Yeni mövsümə hazırlıq necə gedir?

- Bakıda hazırlığımıza yaxşı başladıq. İndi burada Avstriyadayıq. Yaxşı hiss edirəm. Yeni komanda yoldaşlarımla burada olmaq gözəl hissdir. Məncə hər şey çox yaxşıdır.

- Azarkeşlərə nə demək istəyərdiniz?

- Qazanmaq üçün hər şey edəcəyik. Avrokuboklara şans qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bütün azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbirsizlənirəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?