Messi fərqləndi,:Argentina İordaniyanı məğlub etdi - DÇ-2026-dan VİDEO

Messi fərqləndi,:Argentina İordaniyanı məğlub etdi - DÇ-2026-dan VİDEO

Dünya çempionatının J qrupunun III turunda Argentina millisi İordaniya üzərində 3:1 hesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən görüşdə hesab 19-cu dəqiqədə Covani Lo Çelsonun cərimə zərbəsindən vurduğu qolla açılıb.

İlk hissənin 31-ci dəqiqəsində Lautaro Martines penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb.

İkinci hissədə İordaniya yığması Musa əl-Tamarinin qolu ilə hesab arasındakı fərqi azaldıb. Matçın 80-ci dəqiqəsində isə Lionel Messi cərimə zərbəsini dəqiq yerinə yetirərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bu qol Messi üçün dünya çempionatları tarixində 19-cu olub. Argentinalı ulduz bununla da turnirin bombardir rekordu üzrə göstəricisini daha da yaxşılaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti