Braziliya Yaponiya, Almaniya Paraqvay ilə üz-üzə - DÇ-2026-da bu gecə

29 İyun 15:40 Dünya çempionatı 449
Braziliya Yaponiya, Almaniya Paraqvay ilə üz-üzə - DÇ-2026-da bu gecə

DÇ-2026-da 1/16 final oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün beşqat dünya çempionu Braziliya millisi meydana çıxacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdə "sambaçılar" Yaponiya ilə üz-üzə gələcək.

Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

29 iyun

21:00.Braziliya – Yaponiya

30 iyun

00:30.Almaniya – Paraqvay

Digər Xəbərlər
Xəbər Lenti