Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununa çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər kəsi maraqlandıran yenilənən "Qarabağ"ın özünü necə göstərəcəyi idi.
Hər nə qədər yoxlama görüş və rəqib münasib olsa belə.
Xüsusilə yeni transferləri meydanda görmək maraqlı idi.
Hett-triklə yadda qalan Savonun fırtına kimi başladığını demək olar.
Klubun sosial şəbəkə hesablarına gələn rəylərin əksəriyyətində hücumçunun adı xoş sözlərlə vəsf olunub.
Daha çox narahatlıq isə Jali Muaddiblə bağlı olub.
Seçilmiş bəzi kommentləri sizə təqdim edirik:
"Yeni transferlərdən Savo, Lanqa əla, Lobato yaxşı, Muaddibi isə hələki necə olduğunu müəyyənləşdirə bilmirəm. Qnalini təzə transfer saysaq, o da hələ bilinmir tam olaraq necədir".
"Transferlər demək olar yaxşıdır. Ən yaxşı olanı gənclərin çox həvəsli görünməsidir. Qurban müəllim ən azı ikisini heyətdə saxlayar".
"Savo super, Lanqa qəşəng, Lobato normaldır. Muaddib isə hələ öyrəşməyib".
"Savo superdir, qol duyumu əladır. İnşallah, növbəti oyunlarda da belə olar".
"Səviyyəli rəqiblərlə oyunda daha rahat nəsə demək olar".
"Ən azı 7 transfer lazımdır".
"88 nömrə"ni çox bəyəndim. Hər yerdə Bikalyo ilə çox işlər görəcəklər. Zakariya ilə Duran da əla tandem olacaq. Zubir yorulub. Mərkəzə iki müdafiəçi lazımdı. Ən əsası Hikmət ve Əli perspektiv vəd edir Hikmət daha çox çalışır. Hər klub 3-4 oyunçu üzə çıxarda bilsə millini üzü gülər".
"İndidən deyim Muaddib yaxşı oyunçu deyil. Elvin əla formadadır. Savo qolları düzəcək".
XANOĞLAN / SPORTİNFO.AZ

