“Qarabağ”ın vidalaşdığı hücumçu “Dinamo”nun GÜNDƏMində

11:20 Gündəm 242
“Qarabağ”ın vidalaşdığı hücumçu “Dinamo”nun GÜNDƏMində

"Qarabağ"dan ayrılan Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.

30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”sunun maraqlandığı bildirilir. Rusiya Premyer Liqa təmsilçisinin hazırda azad agent olan futbolçu ilə danışıq apardığı qeyd olunub.

Ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyuna 2 qol vuran Azərbaycan millisinin sabiq üzvü “Zenit”in yetirməsidir.

O, daha əvvəl Rusiyada “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun, Türkiyədə "Trabzonspor", Slovakiyada "Jilina", Tailandda "Buriram Yunayted"in üzvü olub.

Azərbaycanda isə "Qarabağ"dan başqa, “Sabah” və “Neftçi”də də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?