“Zirə”nin rəqibi Gürcüstan Superkubokunda finala yüksəldi

29 İyun 02:50 Hadisə 1 376
“Zirə”nin rəqibi Gürcüstan Superkubokunda finala yüksəldi

“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb.

Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Oyunda yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub.

"Torpedo" iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq.

“Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti