Sata bilmədilər, transfer qiymətini aşağı saldılar, sədr əl-ayağa düşdü

18:35 Şamaxı 353
Sata bilmədilər, transfer qiymətini aşağı saldılar, sədr əl-ayağa düşdü

«Şamaxı» rəhbərliyi Rikardu Fernandesin transfer qiymətini aşağı salıb.

150 min manat ödəyən olsa, «şirlər» portuqaliyalı qapıçı ilə vidalaşacaq.

Əvvəlki qiymət isə bundan 50 min manat çox idi. Əyalət təmsilçisinin 32 yaşlı kiperi satmaq fikri ciddidir.

Axı o, büdcəyə ciddi «yük»dür.

Rikardunun klubla müqaviləsi 2027-ci ilin yayında bitəcək. İlk ilində 4000 dollar əməkhaqqı alan «əlcək sahibi» ötən mövsüm 9000 dollara oynayıb.

Gələn sezonu da burada keçirsə, məvacibi 12 min dollara yüksələcək. Hər halda mövcud müqavilədə belə bir bənd var.

Yeni baş məşqçi Azər Bağırov onu «əldən çıxarmağa» israrlıdır. Yaxınlarda 3 illik müqaviləyə imza atmış çalışdırıcı portuqaliyalının satışından əldə olunacaq pulla 2-3 legioner gətirməyi planlaşdırır.

Di gəl, hələlik bu istiqamətdə heç bir irəliləyişə nail olunmayıb. Klubun İdarə Heyətinin sədri Elçin Usub ona-buna ağız açmaqdan yorulub.

O, şəxsən bəzi klub rəhbərləri ilə əlaqə saxlayaraq, Rikardunun xidmətini təklif eləyib, amma birindən də müsbət cavab almayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti