Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Neftçi”də yay toplanışına start verilib.
Bakıda baş tutan hazırlığın ilkin mərhələsi əsasən fiziki hazırlığın yaxşılaşdırılmasına ayrılıb.
Bu müddətdə istirahətdən qayıdan futbolçuların çəkisi yoxlanılır, artıq çəkisi olanların durumu qaydasına salınır.
Təxminən bir ay kollektiv çalışmalarda uzaq düşən (milli üzvləri xaric) “Neftçi”nin oyunçuları ilk məşqdən əvvəl tərəziyə çıxıb.
Hansı rəqəmlər qeydə alınıb?
Emil Balayev – 81 kq
Rza Cəfərov – 76
Mehdi Həsənov – 76.9
Murad Xaçayev – 77
Elvin Bədəlov – 79,5
İqor Ribeyro – 77.4
Qustavo Klisman – 79
Sessi Dalmeyda – 76.7
Elvin Camalov – 69
Emin Mahmudov – 74
Alessio Kurçi – 75.9
İfeanyi Metyu – 73.5
Ağadadaş Salyanski – 81
Elcan Əbilov – 74.3
Təbii ki, bu, tam siyahı deyil. Kenan Piriç, Breno Almeyda, İmad Faraj, Mustafa Sek, Falaye Sako, Emil Səfərov, Bassala Sambu, Rüfət Abbasov, Andrey Ştoqrin, Endryu Qravilyonun göstəriciləri barədə məlumatsızıq.
Göründüyü kimi, hazırda payaxt təmsilçisinin ən ağır çəkili futbolçuları Emil Balayevlə Ağadadaş Salyanskidir. Bu da hər iki futbolçuinun uca boyuna görədir.
HƏBİB / SPORTİNFO.AZ

