“Real”da qalmağı seçdi - Bir neçə təklif almasına baxmayaraq

29 İyun 12:20 İspaniya 574
“Real”da qalmağı seçdi - Bir neçə təklif almasına baxmayaraq

“Real”ın hücumçusu Brahim Dias gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı mərakeşli futbolçu son vaxtlar aldığı bir neçə təklifə baxmayaraq, Madrid klubunda qalmağı seçib.

Daha əvvəl “Real”ın da onunla yeni müqavilə imzalamaqda maraqlı olduğu bildirilib.

Brahim Dias 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyunda 2 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun İspaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti