“Atromitos”un orta sahə oyunçusu “Neftçi”nin maraq dairəsindədir? - YENİ XƏBƏR

14:00 Neftçi 275
“Atromitos”un orta sahə oyunçusu “Neftçi”nin maraq dairəsindədir? - YENİ XƏBƏR

“Atromitos”un daha bir futbolçusu “Neftçi”nin maraq dairəsinə düşüb.

Bu haqda Yunanıstan mediası xəbər yayıb.

İddiaya görə, Makana Bakunun keçidini reallaşdıra bilməyən “ağ-qaralar” hədəfini dəyişib.

“Neftçi” rəhbərliyi indi də adıçəkilən komandanın pleymeykeri Denzel Jubitanaya elçi düşüb.

Bir neçə gündən sonra “Atromitos”la müqaviləsi başa çatacaq Jubitana azad agent statusu daşıyacaq.

Surinam millisinin 27 yaşlı oyunçusu uğrunda mübarizədə “Neftçi” tək deyil. Jubitananın başqa variantları olduğu da vurğulanıb.

2023-cü ildən “Atromitos”un formasını geyinən orta sahə oyunçusunun Azərbaycana gəlişi realdırmı?

“Neftçi“dən saytımıza bildirildiyinə görə, bu keçid hazırda klubun gündəmində deyil.

Surinamlının xidməti onlara təklif olunmayıb və yunan KİV-də yayılan xəbərlər əsassızdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!