Harri Keynin transferini reallaşdırmağı planlaşdırmır - “Barselona”

18:40 İspaniya 114
Harri Keynin transferini reallaşdırmağı planlaşdırmır - “Barselona”

“Barselona” “Bayern”in hücumçusu Harri Keynin transferini reallaşdırmağı planlaşdırmır.

Baxmayaraq ki, İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Keyn “Barselona”nın əsas transfer hədəfi hesab edilmir.

Bildirilir ki, klub futbolçu ilə bağlı ilkin məlumat toplasa da, Keynin ətrafı onun “Bayern”i tərk etmək niyyətində olmadığını açıq şəkildə çatdırıb.

Bundan sonra La Liqa təmsilçisinin ingiltərəli forvarda marağı səngiyib.

“Barselona”nın əsas transfer hədəfi dəyişməyib. Kataloniya klubu Xulian Alvares üçün mübarizəni davam etdirir.

Hazırda “Atletiko”nun formasını geyinən 26 yaşlı argentinalı hücumçunun transfer dəyərinin təxminən 150 milyon avro olduğu bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti