"Neftçi" Konfrans Liqasından öncə transfer çalışmalarını sürətləndirib.
Paytaxt klubu artıq dördüncü yeni oyunçu ilə heyətini gücləndirib.
“Ağ-qaralar” Slovakiya millisinin hücumçusu Lubomir Tuptanı sıralarına qatıb. Son olaraq Yunanıstanda AEL-in formasını geyinmiş 28 yaşlı forvardla bağlanan müqavilənin müddəti 2 ildir.
Onun Larissa təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Odur ki, bakılılar qarşı tərəfə təzminat ödəməli olub.
Tupta karyerası ərzində “Visla”(Krakov)”, “Verona”, “Askoli”, “Sion”, “Slovan”(Liberets), “Peskara” və “Vidzev Lodz” kimi klublarda oynayıb.
“Neftçi“ ondan əvvəl Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya) və Endryu Qravilyon ("Peksara", İtaliya) ilə münasibətlərini rəsmiləşdirib.
SPORTİNFO.AZ

