"Neftçi"nin tarixində iz qoymuş şəxsin nəvəsi "Barselona" akademiyasında

25 İyun 20:40 Neftçi 3 184
"Neftçi"nin tarixində iz qoymuş şəxsin nəvəsi "Barselona" akademiyasında

"Neftçi"nin mərhum baş məşqçi Böyükağa Hacıyevin nəvəsi Alpaslan "Barselona" akademiyasına qəbul olunub.

Bu barədə onun ABŞ-da yaşayan övladı Yusif Hacıyev sosial şəbəkə hesabında post paylaşıb:

"Heyf, atam bu günləri görə bilmədi. Həqiqətən, nəvəsi ilə çox fəxr edərdi".

Hacıyev uzun müddət "Neftçi"nin baş məşqçisi olub.

Bakılılar tarixinin ən böyük uğurunu onun rəhbərliyi altında qazanıb.

Söhbət 2013/14 mövsümündə Avropa Liqasının qrup mərhələsində iştirakdan gedir.

O, 2018-ci ildə 60 yaşında dünyasını dəyişib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM