“Neftçi”yə “HƏ” cavabı verdi, Türkiyədən təklif aldı, fikrini dəyişdi

20:20 Neftçi 433
“Neftçi”yə “HƏ” cavabı verdi, Türkiyədən təklif aldı, fikrini dəyişdi

“Atromitos”un futbolçusu Makana Bakunun “Neftçi”yə keçidi baş tutmayıb.

Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, “Atromitos”un sol vingerinin yeni klubu da artıq məlumdur.

28 yaşı hücum oyunçusu uzun danışıqdan sonra “Neftçi”yə keçməyə müsbət yanaşırdı. Lakin Türkiyədən gələn təklif futbolçunun fikrini dəyişib.

Belə ki, “Kocaelispor” rəhbərliyi Makana ilə müqavilənin şərtlərini razılaşdırıb. Oyunçu növbəti həftə Türkiyəyə yollanaraq Kocaeli klubunda tibbi müayinədən keçəcək və rəsmi sözləşməyə qol çəkəcək.

Bu keçid “Kocaelispor”a havayı başa gəlib. Çünki Bakunun “Atromitos”la müqaviləsi iyulun 1-nə qədərdir.

Makana Baku ötən mövsüm 40 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti