Ukrayna millisinin sabiq forvardı "Neftçi"nin HƏDƏFİNDƏ

19:00 Neftçi 728
Ukrayna millisinin sabiq forvardı "Neftçi"nin HƏDƏFİNDƏ

"Neftçi"nin danışıq apardığı daha bir oyunçunun kimliyi bizə məlum olub.

"Ağ qaralar" Filip Budkivski ilə yaxından maraqlanır.

34 yaşlı forvard son mövsümü "Zorya"da keçirib.

29 oyunda 13 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Şaxtyor"un yetirməsi "İliçevist", "Sevastopol", "Anji" (Rusiya), "Kortrj" (Belçika), "Soşo" (Fransa) klublarında forma geyinib.

Ukraynanın əsas millisində 6 matç keçirib.

Gənclər yığmasında isə 25 qarşılaşmada 18 qolla yadda qalıb.

Təcrübəli hücumçunun hazırkı klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

Yuri Vernidubun yaxından tanıdığı ukraynalını transfer etmək üçün qarşı tərəflə təzminat məsələsində razılıq əldə olunmaması hazırda əsas maneədir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti