“Bursaspor” Toralın xanımına bahalı hədiyyə verdi – VİDEO

16:30 Hadisə 342
“Bursaspor” Toralın xanımına bahalı hədiyyə verdi – VİDEO

Azərbaycandakı istirahətini başa vuran Toral Bayramov Türkiyəyə yola düşüb.

Futbolçu ailəsi ilə birlikdə Bakıdan Bursaya yollanıb.

Azərbaycan millisinin müdafiəçisi ilə müqavilə bağlayan “ağ-yaşıllar” Bayramovun həyat yoldaşını sevindirib.

Klub rəhbərliyi blogerliyi ilə tanınan Nəzrin adlı xanıma avtomobil hədiyyə edib.

O, qırmızı rəngli yerli istehsal “Togg T10X” markalı avtomobili sosial şəbəkə hesabında paylaşaraq “Bursaspor” rəhbərliyinə təşəkkür edib.

Çox güman, avtomobillə təmin olunmaq futbolçunun müqavilə şərtlərində qeyd olunub. Sadəcə, Toral minik vasitəsini özü üçün yox, xanımına sifariş edib.

25 yaşlı solaxay futbolçu “Bursaspor”la 3 illik müqaviləyə imza atıb.

Qeyri-rəsmi xəbərlərə görə, sabiq “Qarabağ”lı yeni klubunda illik 500 min avro civarında qazanc əldə edəcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti