DÇ-dən kənarda qaldılar, çarter reysləri ləğv olundu - Özünüz qayıdarsız

29 İyun 15:20 Dünya futbolu 482
DÇ-dən kənarda qaldılar, çarter reysləri ləğv olundu - Özünüz qayıdarsız

Uruqvay Futbol Assosiasiyası (AUF) 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandıran milli komanda üçün nəzərdə tutulmuş çarter reysini ləğv edib.

Sportnfo.az Uruqvay mətbuatına istinadən xəbər verir ki, komandanın Meksikanın Playa-del-Karmen şəhərindəki bazasından Montevideoya planlaşdırılan xüsusi reysi baş tutmayacaq.

Nəticədə futbolçular və məşqçilər korpusu ölkələrinə ayrı-ayrılıqda kommersiya aviareysləri ilə qayıtmalı olacaqlar.

Qeyd edək ki, ikiqat dünya çempionu olan Uruqvay mundialda uğursuz çıxış edib.

Marselo Byelsanın komandası qrup mərhələsində Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq qrupu sonuncu pillədə başa vurub və pley-offa yüksələ bilməyib.

AUF çarter reysinin ləğvi ilə bağlı rəsmi səbəb açıqlamayıb. Yerli KİV-lər qərarın komandanın uğursuz çıxışından sonra verildiyini bildirirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!