11 ildir komandanı çalışdıran baş məşqçinin yerinə axtarışa çıxdılar

28 İyun 23:20 I Divizion 1 198
11 ildir komandanı çalışdıran baş məşqçinin yerinə axtarışa çıxdılar

«Zaqatala» növbəti mövsümə yeni baş məşqçi ilə start verməyi planlaşdırır.

Rüstəm Məmmədovun başqa biriylə əvəzlənməsi gündəmdədir.

Klubun idarəçiləri artıq bir neçə mütəxəssislə danışıqlar aparır. Hələ yekun qərar verilməyib, ancaq böyük ehtimalla, o, vəzifəsində saxlanılmayacaq.

Çünki Məmmədovdan narazılıq kifayət qədər böyükdür. 11 ildir «yaşıllar»ı çalışdıran məşqçinin fəaliyyəti funksionerləri qətiyyən razı salmır.

Bununla bağlı ona dəfələrlə ciddi irad bildirilib, işində yol verdiyi səhvlər deyilib.

Fəqət, Məmmədovun yanaşmasında dəyişiklik olmayıb, komanda daxilində neqativ hadisələr bir-birini əvəz edib.

Səlahiyyətlərinin icrasına barmaqarası münasibət bəslədiyindən, nəticələr də pisləşib. Region təmsilçisi I Liqada son mövsümü yeddinci yerdə bitirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"