“Qarabağ”lının gəlişi ilə Jitomirdə bayramdır: “Bizə beləsi lazım idi”

19:00 Qarabağ 239
“Qarabağ”lının gəlişi ilə Jitomirdə bayramdır: “Bizə beləsi lazım idi”

“Qarabağ”ın sevilən siması Leandro Andrade karyerasını Ukraynada davam etdirəcək.

26 yaşlı futbolçu “Polissye” klubu ilə 3 illik müqavilə bağlayıb.

Sərfəli maliyyə şərtlərinə görə “köhlən atlar”ı Jitomir klubuna dəyişən cinah yarımmüdafiəçisi gəlişi ilə ukraynalı azarkeşlərin üzünü güldürüb.

“Polissye” fanatları Leonun transferini sevinclə qarşılayıb.

Bunu görmək üçün klubun sosial media səhifələrində yazılan şərhlərə diqqət yetirmək kifayət edir.

Maraq doğuran şərhlərin bir neçəsini təqdim edirik:

“Bizə bu cür transferlər yaraşır. “Kopenhagen”lə oyunlarda komandaya fayda verəcəyinə inanıram”.

“Bildiyimə görə, klub bu transferə görə 5-6 milyon xərcləyib. Demək ki, bildikləri nəsə var”.

“Jitomirə xoş gəldin, dostum. Komandamıza yaraşayacağına inanıram”.

“Zəngin avrokubok təcrübəsinə malikdir. Əvvəlki klubu “Qarabağ”da 60 qol vurub”.

“Sağ cinahda möhtəşəm effekti var. Sürəti ilə seçilir, reydlər edir, dəqiq zərbələr vurur. Bizə beləsi lazım idi”.

“Yeni komandanda uğurlar. Jitomir səndən qollar gözləyir”.

“Buna deyərəm əsl transfer. “Qarabağ”ın əsas siması idi. Onun gedişi ilə barışa bilmirlər. “Polissye”yə faydalı olacağına inanıram”.

“Jitomir əsl “11 nömrə”sinə qovuşdu. Əla futbolçudur, qolların və assistlərin sayı çoxdur. Bizi sevindirəcək”.

Andrade “Qarabağ”ın formasını geyindiyi 4,5 il ərzində bütün turnirlərdə 213 oyunda şans qazanmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.

HƏBİB / SPORTINFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti