“Qarabağ“la sağollaşdı, yeni klubunda hamıdan çox qazanan o oldu

13:00 Qarabağ 1 025
“Qarabağ“la sağollaşdı, yeni klubunda hamıdan çox qazanan o oldu

“Qarabağ”dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.

33 yaşlı müdafiəçi “Yohor Darul Tazim”lə anlaşıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanıb.

Kolumbiyalı Ağdam təmsilçisini azad agent kimi tərk edib. Kontraktı qarşılıqlı razılaşma əsasında ləğv olunub.

O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Yohor Darul Tazim”də Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov və “Sabah”ın eks müdafiəçisi Con İrazabal da çıxış edir.

Medina artıq “Yohor Darul Tazim”in ən ödənişli futbolçusudur. Asiya ölkəsinin klubunda keçirəcəyi ilk mövsümdə 700 min avro qazanacaq.

Növbəti sezonda bu məbləğ daha 100 min avro artırılacaq. Hər şey qaydasında gedərsə, yəni, tərəflərin hər ikisi mövcud vəziyyətə qane olarsa, kontrakt daha 1 il uzadılacaq.

Bu halda isə “Tank“ ləqəbli mərkəz oyunçusunun gəliri olduğu kimi saxlanılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?