Millinin kapitanının iştirakı ilə imza günü keçirildi

29 İyun 03:20 Futzal 1 184
Millinin kapitanının iştirakı ilə imza günü keçirildi

Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı, Azərbaycan milli komandasının və “Araz-Naxçıvan” Futzal Klubunun kapitanı Emin Kürdovun iştirakı ilə imza günü keçirilib.

Sportinfo.az xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində təcrübəli futzalçı əvvəlcə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinin final oyununu izləyib, mükafatlandırma mərasimində iştirak edib.

O, bu gün gənc futbolçulara master-klass keçib, onların suallarını cavablandırıb, ardınca uşaqların formalarını imzalayıb, onlarla xatirə fotoları çəkdirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER