“Neftçi”dən getdi, qəpik-quruş qazanmağa razı oldu - FOTO

14:00 Neftçi 284
“Neftçi”dən getdi, qəpik-quruş qazanmağa razı oldu - FOTO

“Ballkani” Monteneqro millisinin yarımmüdafiəçisi Edvin Kuçun transferini rəsmiləşdirib.

32 yaşlı futbolçu sabiq komandasına qayıdıb.

Kuç “Ballkani”nin son illərdəki ən uğurlu dövrünün əsas simalarından biri sayılır.

O, burada kapitan və lider kimi çıxış edib, komandanın ardıcıl üç dəfə Kosovo çempionu olmasında mühüm rol oynayıb.

“Ballkani” ilə ölkə kuboku və Superkubokunda da uğur qazanıb. Kuç son olaraq “Neftçi”də oynayıb.

Onun “Ballkani”yə qayıdışı Kosovo təmsilçisi üçün həm orta xəttə ciddi gücləndirmə, həm də komandanın qalib mentalitetini yaxşı tanıyan liderin dönüşü kimi qiymətləndirilir.

2024-cü ilin yayında transfer olunmuş Kuç "ağ-qaralar"ın heyətində 44 rəsmi oyun keçirib, bir qol vurub.

Balkanlı köhnə-yeni klubuna dönüşü müqabilində aylıq 8000 avro qazanacaq. Hazırda “Ballkani”də ondan savayı başqa belə oyunçu yoxdur.

Monteneqro millisinin üzvü bura məcburiyyətdən qayıdıb. Azərbaycandan və Türkiyədən bir neçə klubla danışıqlar aparsa da, istədiyi şərtləri qarşılayan olmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!