Ronaldo, Messi, Mbappe və digərləri DÇ-2026-da səhnəyə çıxır

28 İyun 22:05 Dünya çempionatı 78
Ronaldo, Messi, Mbappe və digərləri DÇ-2026-da səhnəyə çıxır

Bu gündən etibarən Dünya Çempionatı 2026-nın ən gərgin mərhələsi başlayır.

Artıq qrup mərhələsi arxada qalıb və turnirin ən həyəcanlı hissəsi - pley-off mərhələsidir.

Məğlub olan komanda turnirlə vidalaşacaq, qalib isə 1/8 finala yüksələcək.

Pley-off mərhələsi axşam 23:00-da Cənubi Afrika Respublikası ilə ev sahibi Kanada arasında baş tutacaq görüşlə başlayır.

WhatsApp Image 2026-06-28 at 17.24.38.jpeg (635 KB)

Kanada daha keyfiyyətli heyətə və daha güclü hücum xəttinə malikdir.

BOSNO.jpeg (462 KB)

CAR isə intizamlı müdafiəsi və əks-hücumları ilə təhlükəlidir. Favorit kağız üzərində ev sahibidir.

Braziliya-Yaponiya sözün həqiqi mənasında pley-off turunun ən maraqla gözlənilən qarşılaşmasıdır.

Yaponlar sürətli və nizam-intizamlı futbol oynayır. Buna baxmayaraq, Braziliyanın fərdi ustalığı və hücum potensialı onu önə çıxarır.

WhatsApp Image 2026-06-28 at 17.32.17.jpeg (582 KB)

Almaniya-Paraqvay cütlüyünə gəlincə, ikincilər döyüşkən komandadır, lakin Almaniyanın təcrübəsi və oyun keyfiyyəti onu üstün edir.

Niderland-Mərakeş də turnirin ən maraqlı cütlüklərindən biridir.

Mərakeş sürpriz etməyi bacaran komandadır, amma Niderland daha balanslı göründüyü üçün qalib göstərilir.

Fildişi Sahili-Norveç görüşü barədə deyə bilərik ki, fiziki güc və sürətə qarşı Norveçin təşkilatlanmış oyununu futbolsevərlər izləyəcək. Cüzi üstünlük vikinqlərdədir.

Fransa-İsveç dueli Braziliya-Yaponiya oyunu ilə yanaşı ən maraqla gözlənilən qarşılaşmadır.

İsveç intizamlı futbol oynasa da, Fransa heyət keyfiyyətinə görə aşkar favoritdir.

WhatsApp Image 2026-06-28 at 17.32.17 (2).jpeg (556 KB)

Meksika-Ekvador isə Latın Amerikası derbisi sayılır.

Meksikanın böyük turnir təcrübəsi üstünlük yaradır. Favorit Meksikadır.

İngiltərə-Konqo Demokratik Respublikası oyununda ingilislər bütün komponentlərdə rəqibini üstələyir.

WhatsApp Image 2026-06-28 at 17.32.17 (1).jpeg (564 KB)

Belçika-Seneqal görüşünü təhlil edəndə demək mümkündür ki, Seneqalın atletik futbolu Belçikaya çətinlik yarada bilər. Buna baxmayaraq, cüzi favorit Belçikadır.

BOSNİY.jpeg (787 KB)

ABŞ-Bosniya və Herseqovina görüşündə isə ev qitəsində oynayan ABŞ üstün görünür.

WhatsApp Image 2026-06-28 at 17.32.17 (3).jpeg (662 KB)

İspaniya-Avstriya qarşılaşmasının birmənalı qalibi ispanlar görünür.

Çünki Avstriya sürpriz edə biləcək komanda təsiri bağışlasa da, topa nəzarətdə İspaniya daha güclüdür.

Portuqaliya-Xorvatiya oyununda keçmişlərdə "Real Madrid" komanda yoldaşı olan iki canlı futbol əfsanəsinin - Ronaldo və Modriçin həm də dueli olacaq. Futbolsevərlər iki müdhiş oyunçudan birinin dünya çempionatı ilə vidalaşmasına şahidlik edəcək. Bu, onların DÇ-də son göz yaşları olacaq...

Böyük təcrübəyə malik iki komanda arasında cüzi üstünlük Portuqaliyadadır.

İsveçrə-Əlcəzair oyununa gələk, birincilər daha sabit və nizamlı futbol oynadıqları üçün açıq-aşkar favoritdir.

Avstraliya-Misir milliləri güc baxımından yaxın komandalar olsa da, cüzi favorit Avstraliyadır.

Argentina-Kabo Verde qarşılaşması ikitərəfli maraq doğurur.

Bir tərəfdə Messinin millisidir, digər tərəfdə 500 minlik ada dövləti, mundialın ən çox rəğbət qazanan ölkəsi dayanıb. Kabo Verdenin turnirdəki uğurlu çıxışı alqışa layiqdir. Amma Argentina aşkar favoritdir.

Sonuncu cütlükdən danışaq. Bu cütlük Kolumbiya-Qanadır.

Afrikanın ən güclü kollektivlərindən biri ilə texnikalı Kolumbiyanın duelidir. Azacıq üstünlük Kolumbiyadadır.

Əvvəldə məlumat verdiyimiz kimi, pley-off mərhələsinin ilk qarşılaşması Cənubi Afrika Respublikası-Kanada görüşü olacaq. Hər iki komanda tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə qazanmağa çalışacaq.

WhatsApp Image 2026-06-28 at 17.32.19.jpeg (381 KB)

Kanada qrup mərhələsində daha inamlı təsir bağışlayıb və hücum xəttində Conatan Devid kimi fərq yaradan futbolçulara güvənir.

CAR isə müdafiədə intizamlı çıxışı və sürətli əks-hücumları ilə seçilir. Kağız üzərində Kanada favorit hesab olunsa da, pley-off oyunlarında bir səhv bütün taleyi həll edə bilər. Buna görə də ehtiyatlı və gərgin mübarizə gözlənilir. Əgər Kanada erkən qol vurmağı bacarsa, oyuna nəzarəti ələ keçirəcək. CAR isə hesabı uzun müddət qoruya bilsə, matçın əlavə vaxta və hətta penaltilər seriyasına qədər uzanması istisna deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 20:00 Çək və bizə göndər!
28 İyun 07:50 Benzin bahalaşacaq?