“Hazırda "Qarabağ"ın müdafiəçisi ilə müqavilə imzalamaq üçün...”

29 İyun 09:20 Qarabağ 2 329
“Hazırda "Qarabağ"ın müdafiəçisi ilə müqavilə imzalamaq üçün...”

Sportinfo.az xəbər verir ki, Serbiya “Partizan”ı "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.

"Sportissimo Republika” nəşri Belqrad klubunun rəhbərliyi bir müddətdir ki, sol cinah müdafiəçisi axtardığını və Cəfərquliyevin onların hədəflərindən biri olduğunu iddia edib.

Serblər azərbaycanlı futbolçu haqda bunları yazıb:

“Artıq bir neçə aydır ki, futbol dairələrində "Partizan"ın Cəfərquliyev kimi etibarlı müdafiəçini transfer etməkdə ciddi marağının olduğu söhbətləri gedir.

Lakin serblərin hazırda "Qarabağ"ın müdafiəçisi ilə müqavilə imzalamaq üçün danışıqlar aparıb-aparmadığı barədə məlumat verilməyib".

25 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM