Premyer Liqanın iki klubunda sükut davam edir - Hamı hazırlaşır, onlar nəyi gözləyir?

16:40 Premyerliqa 212
Premyer Liqanın iki klubunda sükut davam edir - Hamı hazırlaşır, onlar nəyi gözləyir?

Premyer Liqada yeni mövsümün startına 1.5 ay qalır.

Avrokuboklarda iştirak edəcək 4 klub - "Neftçi", "Qarabağ", "Sabah" və "Zirə" bir neçə gün öncədən hazırlıqlara start verib.

Bəs digər klublarımız?

Burada iki yerə parçalanma var.

"Turan Tovuz", "Araz Naxçıvan", "Şəfa", "Qəbələ" və "Şamaxı"nın hazırlıq planları məlumdur.

Heyətin formalaşması yolunda da addımlar atılır.

Amma iki klubda durğunluq hökm sürür.

Söhbət "İmişli" və "Sumqayıt"dan gedir.

Hər iki elita təmsilçisi sanki eyni yerdən idarə olunur.

Həm "kimyaçılar", həm də Aran təmsilçisi mövsüm başa çatar-çatmaz baş məşqçilərini yola saldı.

Hələ də yeni çalışdırıcının kimliyi bilinmir.

Hazırlıq planı ictimaiyyətə açıqlanmayıb.

Transfer bazarında da ən sakit klub bu ikisidir.

Azarkeşləri isə narazı və narahatdır.

Belədə haqlı sual yaranır - Görəsən, "İmişli" və "Sumqayıt" nəyi gözləyir?

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti