AFFA "Neftçi"nin kapitanını bu sözlərinə görə "qara siyahı"ya salmasın!

9 May 2020 15:04 Neftçi 1 502
AFFA "Neftçi"nin kapitanını bu sözlərinə görə "qara siyahı"ya salmasın!

Sportinfo.az "Neftçi"nin kapitanı Emin Mahmudovun müsahibəsini təqdim edir:

- Emin, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?

- Bəli, bu həyatdan razıyam. Düzdür, uğursuzluqlar olub, ancaq ümumilikdə həyatımı dəyişmərəm.

- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?

- Futbolda düzgün olmayan qərarlar var, onları dəyişərdim. “Spartak”dan “Tomsk”a keçəndə məşqçi mənə deyirdi ki, “səbrli ol və qal”, ancaq mən oynamaq istədim və “Tomsk”a getdim. Heç nəyi bilmək olmur. Bəlkə də, qalsaydım, indi futbolu bitirmişdim, yenə də şükür.

- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?

-- Mən yupka ilə müqayisə etməzdim. Ancaq düz deyir, statistika çox vaxt yalan olur. Buna özüm də şahid olmuşam.

- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?

- Başqa ölkədə dünyaya gəlsəydim, “Real”da oynayardım (gülür). Zarafat edirəm. İnanmıram başqa ölkədə futbol oynamaq burdan daha rahat olsun. Mənim qabiliyyətlərim rus futboluna çox da uyğun deyildi. Mənə fiziki yox, daha texnikalı çempionat uyğundur.

- Sizcə, nə baş verməlidir ki, Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?

- Bütün dünyada futbol koronavirusa görə dayanmalıdır, ancaq bizdə, Belarusda və Tacikistanda davam etməlidir. Bu zaman biz DÇ-nin final mərhələsinə yox, finalına düşərik. Hələ ki, bundan başqa variant görmürəm (gülür) komanda.az.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!