Dabo dövlətin siyasətinə zidd gedən "Neftçi" rəhbərliyini İFŞA ETDİ - VİDEO

1 May 10:52 Neftçi 849
Dabo dövlətin siyasətinə zidd gedən "Neftçi" rəhbərliyini İFŞA ETDİ - VİDEO

«Neftçi»nin xüsusi karantinin rejiminin davam etdiyi bugünlərdə dövlətin müəyyənləşdirdiyi qadağalara əhəmiyyət verməməsi faktdır.

Saytımız dünən bununla bağlı oxucularına şok effektli video təqdim edib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/83235.html).

Görüntülər aprelin 25-də çəkilib. Buradan aydın olur ki, klubun Nobel prospektində yerləşən bazasınında bir araya gələn futbolçular toplu şəkildə məşq keçir: meydançaboyu qaçır.

Yaydığımız bu video sosial şəbəkələrdə ciddi rezonans doğurub. İstifadəçilərin bir çoxu özbaşnalığa yol verən «Neftçi» rəhbərliyini sərt şəkildə tənqid edib, başda klubun prezidenti Kamran Quliyev olmaqla, idarəçiləri istefaya səsləyib.

Onlar haqlı olaraq bildirib ki, dövlətin insanların sağlamlığının təmin edilməsi yönündə gördüyü işlər gördüyü bir vaxtda «Neftçi» rəsmilərinin qadağalara məhəl qoymaması cəzasız qalmamalıdır. Məsələ mütləq yuxarı səviyyədə müzakirə olunmalı, müvafiq orqanlar təhqiqata başlamalı və günahkarlar aşkara çıxarılmalıdır.

Əlbəttə, biz də haqq-ədalətin yerini tutacağına, karantin qaydalarını pozanların, dövlətin tələblərinə saymazyana münasibət bəsləyənlərin üzə çıxarılmasına tərəfdarıq.

Və əminik ki, bu, belə də olacaq! Çünki Azərbaycan hüquqi və demokratik ölkədir, hamı nanun qarşısında bərabərdir.

Ona da inançaq istəyirik ki, AFFA və Peşəkar Futbol Liqası, həmçinin «Neftçi»nin kuratoru olan neft şirkətinin vitse-prezidenti Mikayıl İsmayılov məsələnin üstünə düşəcək, zəruri addımları atacaq.

Hər halda biz də bu işi nəzarətdə saxlayacaq, «Neftçi»dəki çoxsaylı dostlarımız vasitəsilə əldə etdiyimiz informasiyaları oxucularımızın diqqətinə çatdıracağıq.

«Neftçi» rəhbərliyinin bu dəfə «sudan quru çıxmaq» şansı yoxdur. Deyə bilməzlər ki, təqdim etdiyimiz çəkiliş martın 24-dən -– xüsusi rejimli karantinin başlamasınlan xeyli əvvəl çəkilib.

“Neftçi” martın 14-də yaydığı açıqlamada fəaliyyətini müvəqqəti olaraq dayandırdığını elan etmişdi. Klubun saytının yaydığı bəyanatda qeyd edilirdi ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb.

Yalançının şahidi yanında olar. Komandanın fransalı hücumçusu Baqali Dabo yaydığımız görüntülərin eynisini özünün «İnstagram» profilində paylaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?