"Neftçi”ni sevindirdi - FOTO

4 Mart 2020 00:00 Neftçi 878
"Neftçi”ni sevindirdi - FOTO

"Neftçi” Azərbaycan Premyer Liqasının 20-ci turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, "Səbail”lə görüşdən sonra bərpa prossesi edən kollektiv fasilə vermədən bu gün məşqə çıxıb.

Əvvəlcə inzibati binadakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən futbolçular ardından "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər.

Mamadu Mboc zədəli olduğu üçün hazırlıqda iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb. Hazırlıq martın 4-də bir məşqlə davam edəcək.

Martın 7-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyunu saat 18:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”