"Neftçi" Şeydayevi gətirir, pulu SOCAR verir

7 Dekabr 2019 20:20 Neftçi 1 897
"Neftçi" Şeydayevi gətirir, pulu SOCAR verir

Yayda "Krılya Sovetov"dan "Dinamo"ya keçən Ramil Şeydayevin Moskva klubundan ayrılmaq ehtimalı güclənib. Baş məşqçi dəyişikliyindən sonra o, əsas heyətdəki yerini ümumiyyətlə itirib.

Millimizin hücumçusu son 2 ayda təsadüfi hallarda meydana çıxır. Hazırkı komandasında qol hesabını aça bilməyən forvardın müqaviləsi gələn ilin yayında başa çatacaq.

Ramil artıq indidən "Dinamo"dan ayrılmağın yollarını götür-qoy edir, "Krılya"ya qayıtmaq variantına ehtiyatla yanaşan yığmamızın üzvünə "Ufa" və "Axmat"dan təklif gəlməsi barədə sosial şəbəkələrdə xəbərlər yayılıb.

Sportinfo.az-ın məlumatına görə, "Neftçi" də Şeydayevin potensial müştəriləri sırasına daxil olub. Bakılılar özlərinə yaxın menecerlər vasitəsilə onunla əlaqə qurub və 6 ay+1 illik müqavilə təklif edib.

O, mövsümün qalan hissəsini icarə əsasında "Neftçi"də keçirməli, yayda isə birbaşa müqavilə bağlamalıdır. "Ağ-qaralar" bu məsələdə SOCAR-dan da dəstək alıb.

Belə ki, AFFA-nın əsas sponsoru olan SOCAR millinin hücumçusunun transferi üçün lazım olan vəsaiti ödəməyi öz üzərinə götürüb. Bu praktika isə artıq bir dəfə istifadə olunub.

Emin Mahmudovun 2017-ci ildə "Boavişta"dan "Neftçi"yə keçidində də SOCAR-ın rolu olub. Yarımmüdafiəçinin bütün xərclərini adçıkilən sponsor qarşılayıb.

Digər Xəbərlər
Xəbər Lenti