“Neftçi”nin baş məşqçisi narazı qaldı, futbolçularına XƏBƏRDARLIQ ETDİ

14:00 Neftçi 185
“Neftçi”nin baş məşqçisi narazı qaldı, futbolçularına XƏBƏRDARLIQ ETDİ

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub komandasının hazırkı durumundan məmnun deyil.

Ukraynalı mütəxəssis «Şahdağ»la yoxlama görüşündən sonra bu barədə narazılığını dilə gətirib.

60 yaşlı çalışdırıcı I Liqa təmsilçisi üzərində 3:1 hesablı qələbəyə rəğmən, sərgilənən oyunun onu qane etmədiyini bildirib.

O, Minks «Dinamo»su ilə matçlardan bəri kollektivi tanımağa çətinlik çəkdiyini, əksər futbolçuların performansında geriləmə müşahidə etdiyini, bunun səbəbini isə ona qaranlıq qaldığını söyəlyib.

Vernidub diqqətə çatdırıb ki, klub rəhbərliyi komandadan yeni mövsümdə yaxşı nəticələr tələb edir və bunda haqlıdır. Çünki onlara hər cür şərait yaradılıb.

Məşqçi korpusu da öz növbəsində işinə məsuliyyətli yanaşır, fəqət, oyunçuların heç də hamısından eyni münasibəti görmür.

Baş məşqçi Premyer Liqanın startına sayılı günlər qaldığını, bu üzdən təcili toparlanmaları olduqlarını vurğulayıb.

Eyni zamanda qeyd edib ki, heyətin gücləndirilməsi istiqamətində addımlar atılır, düşərgəyə yeni adların qoşulması gözlənilir. Necə deyərlər, kim etimadı doğrultmasa, onu ehtiyat skamyada əyləşdirəcək.

Yuri Vernidub bu matçdan əvvəl və sonra bazada bəzi məhdudiyyətlər tətbiq edib. Baş məşqçi qarşılaşmanın klubun rəsmi “yutub“ kanalı üzərindən canlı yayımlanmasına icazə verməyib.

O, yalnız qol epizodlarının çəkilib göstərilməsinə razılaşıb. Ukraynalı çalışdırıcı oyuna azarkeşlərinə buraxılmasına da “olmaz“ deyib.

Hətta burada çalışan əməkdaşların, akademiyada futbolun sirlərini öyrənən azyaşlı oyunçuların tribunada yer almasına “yox“ söyləyib.

Vernidubun münasibəti hardasa anlaşılandır. Təcrübəli mütəxəssis Premyer Liqada yeni mövsümə hazırlaşan komandanın son durumunun bəlli olmasına ehtyatla yanaşır.

Çünki bakılılar çempionatın ilk turunda “Sumqayıt“a səfər matçına çıxacaq. Görünür, başda “kimyaçılar“ dayanmaqla, o, komandasını bu yolla rəqiblərdən “gizlətməyi“ daha düzgün sayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!