“Neftçi” bu gecə 3 xal qazansa… Böyük məbləğ ödəniləcək!

14:00 Neftçi 837
“Neftçi” bu gecə 3 xal qazansa… Böyük məbləğ ödəniləcək!

«Neftçi» bu gün Premyer Liqada 23-cü tur matçına çıxacaq.

Avrokuboklara vəsiqə şansını davam etdirən «ağ-qaralar» Bakıda «Turan Tovuz»u qonaqlayacaq.

Paytaxt təmsilçisi bu matçdan 3 xalla ayrılarsa, futbolçularına böyük miqdarda mükafat ödəyəcək. Əsas heyətdə meydana çıxanları 5000 manatın üstündə «ənam» gözləyir.

«Neftçi» cari mövsüm çempionatda 7 qələbə qazanıb. Ancaq oyunçular hələ bu qədər pulu qatlayıb cibinə qoymayıb. Bir matçdan əldə etdikləri maksimum gəlir 4000 manatı keçməyib.

Yuri Vernidubun çalışdırdığı kollektiv Tovuz klubunu üstələyirsə, turnir cədvəlində iki pillə irəliləyəcək. «Araz-Naxçıvan» və «Sumqayıt»ı ötərək, 5-ci sıraya yüksələyəcəklər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti