“Neftçi”nin yeni legionerə təklif etdiyi müqavilə şərtləri - Altı aylıq bağla, sonra...

16:00 Neftçi 563
“Neftçi”nin yeni legionerə təklif etdiyi müqavilə şərtləri - Altı aylıq bağla, sonra...

«Neftçi»nin Dmitri Topalovla danışıqlar aparmasıdan dünən oxucularımızı xəbərdar etmişdik.

Paytaxt təmsilçisi heyətini onunla gücləndirməyi planlaşdırır.

Aldığımız yeni məlumata görə, «ağ-qaralar» ukraynalıya 6 aylıq müqavilə təklif edib.

27 yaşlı Topalov mövsümün ikinci yarısında özünü yaxşı tərəfdən göstərsə, 1+1 illik kontrakt bağlanacaq.

Baş məşqçi Yuri Vernidub həmyerlisini öz sərəncamında görməkdə maraqlıdır. Hətta bu keçid üçün israrından əl çəkmir.

Yenicə komandanın sükanı arxasına keçmiş çalışdırıcı onunla bağlı klub fueksionerlərinə çox müsbət fikirlər söyləyib.

Digər tərəfdən, Dmitrinin istədiyi maaş heç də yüksək deyil. İlk 6 ayda 10 min dollar maaşla kifayətlənməyə razıdır.

O, indi ölkəsindədir. Vernidub ümid edir ki, «Neftçi» rəhbərliyi Topalovu müharibə şəraitində olan Ukrayna ərazisindən çıxara biləcək.

Necə ki, üç həftə öncə onun özü üçün də bu işi görüblər. Hər halda qarşıdakı bir həftə ərzində görəcəyik – onun üçün xüsusi icazə almaq mümkün olacaq, ya yox.

Yarımmüdafiə xəttinin hzəm mərkəzində, həm də sol cinahında çıxış eləyə bilən Topalov «Şaxtyor»un yetirməsidir.

Futbolda ilk addımlarını 2006-cı ildə Donetsk klubunda atmış Dmitri 2019-cu ilədək onların formasını geyinib. Daha sonra «Mariupol»a icarəyə verilib və 3 il burada tər töküb.

Həmin müddətdə 63 oyun keçirib, 10 qol vurub. Növbəti 2 ildə «Şaxtyor»un uğurları üçün çalışıb və 2024-cü ildə bu dəfə «Kolos»a göndərilib. 2024-2025-ci il mövsümünü isə LNZ-də başa vurub.

«Şaxtyor» müqaviləni uzatmadığından, Topalov hazırda azad agent statusu daşıyır.

O, Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarının şərəfini qoruyub. U-17, U-18, U-19 və U-21 komandalarına dəvət alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti