COP29

Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya gəldi - SON DƏQİQƏ

24 Dekabr 2023 16:55 Neftçi 8 552
Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya gəldi - SON DƏQİQƏ

Adrian Mutu ilə vidalaşan “Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Miodraq Bojoviç “ağ-qaralar”ın sükanı arxasına keçəcək.

Monteneqrolu mütəxəssis bu gün səhər saatlarında Azərbaycana gəlib və klub idarəçiləri ilə görüşüb.

O, hazırda “Neftçi Arena”dadır və yeni komandasının “Kəpəz”lə keçirdiyi Premyer Liqa matçını tribunadan izləyir.

Bakılılar bu ilin iyulunda bura dəvət etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı. Avrokuboklarda və Premyer Liqada nəticələr yaxşı olmayınca, onunla sözləşməyə vaxtından əvvəl xitam verilməsi zərurəti yarandı.

Mutudan fərqli, Bojoviç kifayət qədər tərcübəli çalışdırıcıdır.

Hər halda 55 yaşlı balkanlı indiyədək bir çox yerdə fəaliyyət göstərib. Başqa sözlə, sv-si olduqca zəngindir.

Məşqçilik həyatında 2000-ci ildə start verən Bojoviçin ilk iş yeri “Belqrad” olub. Növbəti illərdə 18 müxtəlif komandanın sükanı arxasında dayanıb.

Ölkəsiylə yanaşı, Sebiya və Kiprdə fəaliyyət göstərib. Onun karyerasının əsas bölümü Rusiyanın payına düşür.

İlk dəfə 2008-ci ildə bu ölkəyə gələn Bojoviç “Amkar”dan sonra “Moskva”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Krılya Sovetov” və “Arsenal”da (Tula) işləyib.

Digər Xəbərlər
Xəbər Lenti