"Neftçi" Almaniya klubunun keçmiş qapıçısının TRANSFERİNİ BİTİRDİ

3 İyun 10:40 Neftçi 14 479
"Neftçi" Almaniya klubunun keçmiş qapıçısının TRANSFERİNİ BİTİRDİ

Konfrans Liqasında iştirak edəcək «Neftçi» ilk transfer əməliyyatını yekunlaşdırıb.

Paytaxt klubu Emil Balayevi 8 illik fasilədən sonra geri qaytarıb.

«Ağ-qaralar» keçmiş qapıçısı ilə 2 illik (1+1) müqavilə imzalayıb.

Son mövsümü «Səbail»də keçirən kiper, əslində, «Zirə» ilə təkrar anlaşmışdı. O, 2020-cu ilin ilk yarısını keçirdiyi qəsəbə təmsilçisinə dönməəyə razılaşmışdı.

Fəqət, «Neftçi»nin daha yaxşı maliyyə şərtləri irəli sürməsi millinin üzvünün qərarını dəyişdirməsinə səbəb olub.

Balayev karyerası ərzində bir çox klubun formasını geyinib. Əvvəllər «Neftçi» ilə yanaşı, «Qarabağ»ın da şərəfini qoruyub.

Həmçinin Almaniyada «Ayntraxt»ın (Frankfurt), Qazaxıstanda «Tobol» və «Turan»ın uğurları üçün çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu