"Neftçi"nin gözlədiyi olmadı – Boludan VİDEO+FOTOREPORTAJ

7 İyul 2022 02:30 Neftçi 781
"Neftçi"nin gözlədiyi olmadı – Boludan VİDEO+FOTOREPORTAJ

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib.

"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı ilk hissədə "ağ-qaralar"ın yeni transferi Qodsvey Donyo açıb. "Sakaryaspor" oyunun sonlarında vurduğu qolla məğlubiyyətdən qaçıb.

"Neftçi" hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular