"Neftçi"yə keçmək üçün öz komandasının məşqinə çıxmadı

5 İyul 02:30 Neftçi 3 081
"Neftçi"yə keçmək üçün öz komandasının məşqinə çıxmadı

"Neftçi" növbəti transferə hazırlaşır.

Sportinfo.az “ONE” portalına istinadən xəbər verir ki, “ağ-qaralar”ın növbəti transferi də İsraildən olacaq.

Bu ölkənin mətbuatının iddiasına görə, paytaxt təmsilçisi “Aşdod”da forma geyinən Firas Abu-Akel “Neftçi”nin yolunu tutacaq.

25 yaşlı futbolçu “Aşdod”un bugünkü məşqini buraxıb. İsrailli həmkarlarımız Firasın məşqdə iştirak etməməsinin səbəbini onun “Neftçi”nin düşərgəsinə yollanması ilə əlaqələndirib.

“Neftçi” bu yay israilli futbolçular Ataa Caber və Kenni Sayefi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti