Laval “Neftçi”nin yeni baş məşqçisi haqda görün, nə dedi!

1 İyul 2022 19:00 Neftçi 4 204
Laval “Neftçi”nin yeni baş məşqçisi haqda görün, nə dedi!

“İstirahətdən sonra özümü çox yaxşı hiss edirəm.

Tam gücümüzlə yeni mövsümə hazırlaşırıq”.

“Neftçi”nin aparıcı futbolçularından olan Yusuf Laval Sportinfo.az-a açıqlamasında komandasının təlim-məşq toplanışını şərh edib.

Son 2 mövsümü Samir Abasovun rəhbərliyi altında top qovan və sabiq çalışdırıcıdan kifayət qədər şans qazanan Laval bundan sonra Laurentsiu Regekampfın sərəncamında olacaq.

Rumıniyalı çalışdırıcının oyun fəlsəfəsi və iş metodunun Abasovunkundan fərqlənməsi normal haldır.

“Ağ-qaralar”ın “24 nömrə”si Regekampfın məşq prosesindən danışıb:

“Bu, hər birimiz üçün yeni başlanğıcdır. Komandada müəyyən dəyişikliklər oldu.

Gedən və gələn futbolçuları nəzərdə tuturam. Yeni baş məşqçini yaxından tanımağa və bizdən nə istədiyini bilməyə çalışırıq".

2020-ci ilin yayından “Neftçi”nin formasını geyinən nigeriyalı yarımmüdafiəçi bakılıların heyətində Azərbaycan Premyer Liqasının qalibi olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti