“Neftçi”nin səhifəsindəki paylaşım: “Ay bədbəxt... Ay Samir...”

10 May 2022 19:00 Neftçi 2 196
“Neftçi”nin səhifəsindəki paylaşım: “Ay bədbəxt... Ay Samir...”

Samir Abasovun “Qəbələ”ylə oyundan sonra “Neftçi” azarkeşlərinin ünvanına səsləndirdiyi fikirlər ciddi səs-küyə səbəb olub.

Qəzəblənən “Neftçi”sevərlər sosial şəbəkələrdə baş məşqçini tənqid, təhdid, bir çox hallarda təhqir edir.

“Ağ-qaralar”ın tanınmış azarkeş səhifələrindən olan “Neftchi Baku” (Fan Page) Abasov söylədiklərinə münasibət bildirib:

“Bu gün komandamızdan gözəl oyun gözləyirdik. Heyətdə gənclərin çoxluq təşkil edəcəyini, gənc qapıçıya şans veriləcəyini düşünürdük. 90 dəqiqə meydanda gözəl oyun göstərən komanda gözləyirdik.

Samir Abasov heyət seçimi ilə təəccübləndirdi. Oyunumuz bərbad, matç sonu da fiasko. Deyir, biz “Neftçi”ni çempion etdik. Ay bədbəxt, “Neftçi” səni medala qovuşdurdu. Bu heyətlə sonadək mübarizə aparan komanda qurmaq olardı. Bu gün biz meydanda yenə sürünürdük.

İndi sual verirəm, ay Samir, bu heyətlə nə etmək istəyirdin? Niyə gəncləri qazanmağı düşünmürsən? Kaş ki, məğlubiyyətsiz oyunlar seriyasının əvəzində məzmunlu oyun seriyası olardı, məzmunsuz seriya qırılardı. Bu klubda qalmayacağını anlayırsan”.

Abasovun oyundan sonrakı açıqlaması belə olub:

“Həyatda mövqeyi olmayan insanlardır onlar. Xatırlayırsınızsa, ötən il çempion olanda bizi atıb-tuturdular. İnanmıram ki, azarkeşlərin sözü ilə nəsə dəyişə bilsin, özü də indiki məqamda. Bizi bura azarkeşlər gətirməyib, klub rəhbərliyi gətirib, onlar güvənib. Ona görə də boş verin, getsin”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti