Vəkillərlə görüşdü, “Neftçi”ni məhkəməyə verdi - Pulunu son qəpiyinə kimi istəyir

26 Yanvar 2022 10:40 Neftçi 1 966
Vəkillərlə görüşdü, “Neftçi”ni məhkəməyə verdi - Pulunu son qəpiyinə kimi istəyir

Harramiz Soares hüquqşünaslara müraciət edib.

Vəkillərlə görüşən yarımmüdafiəçi onunla yollarını ayıran “Neftçi”dən FİFA-ya şikayət məktubu ünvanlaylıb.

Belə ki, Bakı təmsilçisi San-Tome və Prinsipidən olan legionerin müqaviləsini birtərəfli qaydada pozub.

2021-ci ilin ilin yayında “Neftçi”yə transfer olunmuş Harramiz 11 rəsmi oyunda ağ-qara formanı geyinib.

Mövsümlərarası fasilədə bakılılarla 2 il müddətinə müqavilə bağlayan 30 yaşlı legioner “Neftçi” ilə təzminat məsələsində ortaq məxrəcə gələ bilməyib.

“Ağ-qaralar”ın təklif etdiyi məbləğ onu razı salmayıb.

Illik qazancı 150-180 min dollar civarında olan əcnəbi göstərilən məbləğin böyük hissəsinin ödənilməsində israr edirdi. “Neftçi” rəhbərliyi nə onun, nə də portuqaliyalı menecerinin tələblərini yerinə yetirib.

İndi isə Harramiz kluba 1 sent də güzəştə getmək istəmir. O, paytaxt təmsilçisindən ilyarımlıq pulunu tam şəkildə geri almaq niyyətindədir.

Harramiz Portuqaliyanın “O Elvas” (2009-2010), “Aljustrelense” (2010-2011), “Uniao Montemor” (2011-2013), “Benfika B” (2013-2014), “Farense” (2014-2016), “Kovilya” (2016-2017), “Akademika” (2017-2018), “Tondela” (2018), “Mafra” (2018-2019), “Leyşoynş” (2019-2020) və “Eştoril” (2021) klublarında çıxış edib.

Ötən mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti