
“Neftçi” yeni transferi İvan Brkiçlə münasibətləri rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, bakılılar xorvatiyalı qapıçının transferini ictimaiyyətə təqdim edib.
27 yaşlı qolkiper paytaxt təmsilçisinin qış fasiləsində 4-cü keçidi olub.
Son klubu Latviya "Riqa"sı olan 27 yaşlı qolkiper ölkəsində "İstra", "Lokomotiva", "İmotski", "Tsibaliya" komandalarının, həmçinin Bosniya və Herseqovinada "Jrinski"nin formasını geyinib.
“Neftçi” daha əvvəl Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb. Balkanlının transferi məcburiyyətdən gerçəkləşib.
Əvvəldən belə bir plan olmayıb. Gəl ki, Aqil Məmmədovun zədə alması və əməliyyat olunmasından sonra bu məsələ aktuallaşdı.
Komandanın əsas qapıçısı martdan tez yaşıl meydana dönə bilməyəcəyi üçün ölkə daxilində aparılan axtarışlar heç bir nəticə vermədi.
“Zirə”dən Anar Nəzirovu əldə edə bilməyən “ağ-qaralar” ardınca “Sumqayıt”dan Aydın Bayramovu icarəyə götürməyə müvəffəq olmadı.