Messi dubl etdi, Argentina pley-off-a yüksəldi - DÇ-2026-dan VİDEO

23 İyun 00:30 Dünya çempionatı 379
Messi dubl etdi, Argentina pley-off-a yüksəldi - DÇ-2026-dan VİDEO

Dünya çempionatında Argentina Avstriyaya qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsiçisi 2:0 hesablı qələbəyə sevinib.

Qolları yığmanın lideri və kapitani Lionel Messi vurub. O, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.

Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti