“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı bilindi

22 İyun 22:40 Qarabağ 1 630
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı bilindi

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.

Sportinfo.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur stadionunda təşkil olunacaq. Görüş yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!